Şou-biznes

Emrah İpekin nəhəng sərvəti və mənzilləri müzakirə yaradıb

1 dəq oxuShowband Group
Emrah İpekin nəhəng sərvəti və mənzilləri müzakirə yaradıbŞou-biznesFoto: Qafqazinfo

Uşaq yaşlarından şöhrət qazanan türkiyəli müğənni Emrah İpek bu dəfə sahib olduğu nəhəng daşınmaz əmlaklar və sərvəti ilə gündəmə gəlib.

Yüzlərlə mənzil və aylıq gəlir idddiası

Türkiyə mətbuatında yayılan məlumatlara görə, illərin sənətçisinin İstanbul və Bodrumda yüzlərlə mənzili olduğu iddia olunur. Bəzi mənbələr onun 200-dən, digərləri isə 300-dən artıq mənzilə sahib olduğunu bildirir. Müğənninin bu daşınmaz əmlaklardan əldə etdiyi aylıq kirayə gəlirinin təxminən 300 min dollara, yəni 10 milyon lirəyə çatdığı irəli sürülür.

İdman kompleksi və genişlənən əmlak portfeli

İddialara əsasən, Emrah İstanbulda təxminən 3 milyon dollara idman kompleksi də satın alıb. O, həmin binadakı 12 mağazanı və bir dubleks mənzili də öz portfelinə əlavə edib. Sənətçinin Şişli rayonunda mənzil, Bodrumda isə təxminən 8 milyon lirə dəyərində villa sahibi olduğu da qeyd edilir. Lakin onun vaxtilə təxminən 300 mənzilini sataraq daha böyük layihələrə yönəldiyi də iddialar arasındadır.

Rəsmi təsdiq yoxdur və keçmiş məhkəmə prosesi

Hazırda tanınmış ifaçının ümumi daşınmaz əmlakının dəqiq sayı və aylıq gəlirinin məbləği barədə rəsmi və təsdiqlənmiş məlumat mövcud deyil. Xatırladaq ki, sənətçinin gəliri 2022-ci ildə baş tutan məhkəmə prosesində də müzakirə mövzusu olmuşdu və həmin vaxt onun aylıq gəlirinin təxminən 400 min lirə olduğu bildirilmişdi.

  • #Emrah
  • #sərvət
  • #daşınmaz əmlak
  • #şou-biznes
  • #müğənni

Mənbə: Qafqazinfo

Digər xəbərlər

Tarix seç