Tacir Şahmalıoğlu mədəkiçiltmə əməliyyatı etdirdiyini açıqladı
Şou-biznesFoto: Axar.azAzərbaycan musiqisinin tanınmış simalarından olan Tacir Şahmalıoğlu səhhəti ilə bağlı etirafı ilə gündəmə gəlib.
İstanbulda edilən əməliyyat
Məşhur müğənni "Qonaqcanlı" verilişinin qonağı olarkən səhhətində yaranan problemlərdən danışıb. İfaçı bildirib ki, şəkər xəstəliyinin səbəb olduğu fəsadlar onu İstanbulda həkimə müraciət etməyə vadar edib. Müayinə zamanı mütəxəssislər əsas müalicə ilə yanaşı mədəkiçiltmə əməliyyatının da zəruri olduğunu bildiriblər.
Sənətçi həkimlərin məsləhəti ilə bu addımı atdığını və əməliyyat olunduğunu etiraf edib. Onun sözlərinə görə, bu qərar sağlamlığını qorumaq məqsədi daşıyıb.
Pəhriz pozuldu və yeni problemlər yarandı
Əməliyyatdan dərhal sonra Bakıya qayıdan Tacir Şahmalıoğlu sərt pəhriz qaydalarına əməl edə bilmədiyini qeyd edib. İfaçı bildirib ki, qidalanma rejiminə riayət olunmaması onun səhhətində yeni fəsadlara yol açıb və nəticədə ödündən əməliyyat olunmalı qalıb. Xatırladaq ki, sənətçi bir müddət əvvəl də öd kisəsindən əməliyyat keçirmişdi.
Mənbə: Axar.az

